Paşinyanı "İskəndər"lə bağlı səhv məlumatlandırıblar - Mane Gevorkyan

14:20 01.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın baş naziri Nikol Paşinyan "İskəndər" raket komplekslərinin səmərəliliyi barədə yanlış məlumatlandırılıb.

Hafta.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu nazirin mətbuat katibi Mane Gevorkyan deyib.

Mətbuat katibi bildirib ki, N.Paşinyana bu barədə qeyri-dəqiq məlumat çatdırılıb. Baş nazir bunu Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı etiraf edib.